• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya şairləri Fayadın müdafiəsinə qalxdılar: Fikir - cinayət deyil

Dünya şairləri Fayadın müdafiəsinə qalxdılar: Fikir - cinayət deyil
02.12.2015 20:12
Suriyalı şair Adonis, İrlandiyalı Paul Muldoon, Britaniyalı Carol Ann Duffy, Amerikalı John Ashbery, Fələstinli Gassan Zaqtan, İsrailli Amir Or da daxil olmaqla, bütün dünya ölkələrindən şairlər gənc şair Əşrəf Fayadın müdafiəsinə qalxıblar.

Onlar Səudiyyə Ərəbistanı hökumətinə açıq məktub yayımlayıblar, məktubda bu gənc şairin "İslamı rədd edən şeirlər yazdığı üçün ölüm hökmünə məhkum edilməsinin dəhşətli olduğunu" deyirlər.

English PEN təşkilatı məktubu Səudiyyə Ərəbistanının Londondakı səfirliyinə təqdim edib.

Məktubda Fayadın ölüm cəzasına məhkum edilməsi "azad düşünən insanlara qarşı zülmün son nümunəsi" kimi qiymətləndirilir.

"Bir fikir nə qədər rəğbət görməsə də, onu nə müdafiə etmək, nə də sülh içində ifadə etmək cinayətdir. İnanc azadlığı insan azadlığının təməl şərtlərindən biridir."

Məktub belə tamamlanır: "Fayadın məsləkdaşları olaraq, biz insanları ifadə azadlıqlarına görə cəzalandırmaqdan vaz keçmələri, Fayadın təcili və şərtsiz azadlığa buraxılması üçün Səudiyyə səlahiyyətlilərinə xəbərdarlıq edirik."

Bu haqda The Guardian qəzetinə danışan macar şair George Szirtes deyib:

"Əmələ təhrik cinayət ola bilər, nifrət çıxışları etmək bəlkə də cinayətdir, amma fikirlər - cinayət deyildir...

Bir fərdə fikrindən ötrü verilən hər cəza Səudiyyə Ərəbistanına utanc gətirir. Ölüm cəzası isə ən bğyük utancdır".

Szirtes deyib ki, İngiltərənin Səudiyyə Ərəbistanı ilə müttəfiq olması "absurddur. Bu, yalnız şairlər və yazıçılar kimi deyil, insan kimi bizlərin bütün düşüncələrimizə, vərdişlərimizə, instinktlərimizə daban-dabana ziddir. Bu, sırf kültür məsələsi deyil, dünyəvi insan haqları məsələsidir."

Fayad keçən həftə demişdi ki, ölüm cəzasını "şok kimi qarşılayıb", amma hər nə qədər bu cəzaya layiq iş görməsə də, nəticəni gözləyir.

"Məni ateist olmaqda və bəzi dağıdıcı düşüncələri xalq arasında yaymaqda ittiham edirlər" deyən Fayad sübut kimi göstərilən "Təlimatlar daxildir" adlı şeirləri haqda belə demişdi:

"Bu şeirlər bir fələstinli mühacir kimi mənim haqqımdadır... mədəni və fəlsəfi məsələlər haqqındadır. Amma radikal dindarlar bunu Allaha qarşı fikirlər kimi şərh edirlər."  

Fayad 25 noyabrda onu dəstəkləyənlərə bir mesaj da yollayıb:

"Mənim üçün mübarizə aparan hər kəsə minnətdaram. Səmimi desəm, çox təəccübləndim, çünki burada özümü tək hiss edirdim... Burada heç kəsə qarşı deyiləm. Mən sənətkaram və azadlığımı axtarıram.”
 
Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol