• $
  • €
  • ₽
  • ₺
  • £

Ələsgər Məmmədoğlu dəfn olundu

Ələsgər Məmmədoğlu dəfn olundu
22.12.2015 14:57
 Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, aktyorun evində keçirilən vida mərasimində Ələsgər Məmmədoğlunun sənət dostları, ailə üzvləri iştirak edib.

Ələsgər Məmmədoğlunun həyat yoldaşı Nazilə Məmmədova bildirib ki, aktyor dekabrın 21-də saat 21:35-də vəfat edib: "Dünən axşam kitab oxuyurdu, qəfildən əlinin otağın pəncərəsinə dəydiyini gördüm. Tez otağa girdim. Xırıldayırdı. O, bir dəqiqənin içində vəfat etdi. Xəstəliyinin ağırlıq dərəcəsini özü bilmirdi. Ona heç nə deməmişdik. Həmişə deyirdi ki, 70 yaşına kimi heç yerim ağrımayıb. Bu xəstəlik hardan gəldi bilmirəm..."

Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, əsl adı Əsgər olan aktyor 1946-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.

1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb.

Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb.

"Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.

Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.

Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilib. Qan təzyiqi və öd kisəsində problem aşkarlanan aktyor bir müddət müalicə alıb.

O, dekabrın 21-də vəfat edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol