• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Abdullayev: "İnsanlara tüpürmək asandı"

Çingiz Abdullayev: "İnsanlara tüpürmək asandı"
28.01.2016 15:13
"Bu gün mən bir neçə nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, necə edim".

Bu sözləri yazıçı Çingiz Abdullayev "Facebook" səhifəsindəki statusunda yazıb.

"Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Hərdən o qədər də xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, "Pen-klub”da da, "Neftçi"də də, "Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu”nda da...”!

Ç.Abdullayev bildirib ki, ixtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da olub. Lakin xalq yazıçısı həmin şəxsi işdən azad edə və əmri imzalaya bilməyib:

"Onun 4 uşağı var və həyat yoldaşı hamilədi. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrinə qol qoya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm. Bizim məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandı. Onlar üçün 100 min və ya milyon dollar çoxdan pul sayılmır. Onlar insanlara açıq-aşkar laqeydlik göstərirlər.

Hətta əmrlərinin arxasında problem və çətinlikləri olan canlı insanların durduğunu da düşünmürlər. Əmri imzalamadım, imzalamayacağam da. Hətta heç də düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram. 4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdı ləyaqət və xeyirxahlıq çağırışları?"

Daha sonra xalq yazıçısı "Neftçi"yə gəlişindən sonra klubun bütün əməkdaşlarının pulsuz yeməklə təmin olunmasına göstəriş verdiyini açıqlayıb:

"Əvvəllər yalnız futbolçular və məşqçilər nahar edirdilər. Fəhlələr, xadimələr, mühafizəçilər, texniki personal ac qalırdı. Bəli, hazırda əvvəlki kimi pulumuzun olmadığını başa düşürəm. Amma puldan da vacib, çox vacib nə isə var. Ona görə yox ki, mən mələk simasındayam. Sadəcə, birinin yeyib digərinin baxması utandırıcıdır.

Nəyə görə illərdir mən oxucularımı sonda Xeyirin qələbəsinə inandırmağa çalışıram. Əgər özüm öz prinsiplərimə inanmıramsa. Bütün bu ziyalı tör-töküntüsünü hakimiyyətə buraxmamaqla düz edirlər. Doğrudanmı Didro bu sözlərində haqlı olub: "Xoşbəxtlik üçün yaxşı qarnın, əzazil ürəyin olmalı və ümumiyyətlə, vicdanın olmamalıdır?” Yoxsa haqsızdır?"

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol