• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz bayramı maraqlı tamaşalarla yadda qalacaq - FOTOLAR

Novruz bayramı maraqlı tamaşalarla yadda qalacaq - FOTOLAR
16.03.2016 20:58
Novruz bayramının gəlişinə sayılı günlər qalıb.
 
Bir neçə gündən sonra ölkəmizə yeniliklər fəsli olan Bahar gələcək. Bu bahar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni, maraqlı səhnə əsəri, balaca tamaşaçılarımıza isə əsl bayram əhval ruhiyyəsi bəxş edəcək.  
 
 
Məşqlərinə ötən ay başlanılan Rus xalq nağılı "Turpun nağılı”nın motivləri əsasında  səhnələşdirilmiş  "Möcüzəli turpun nağılı” tamaşası Novruz bayramı ərəfəsində və bayram günlərində azyaşlı dostlarımıza xoş anlar yaşadacaq. Premyerası mart ayının 18-də saat 12.00 və 14.00-da olacaq yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assisenti Sona Mustafayeva, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.     
 
 
Tamaşada Əməkdar Artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzəağa Mirzəyev, Anar Səfiyev, Elnur Əliyev iştirak edəcəklər.
 
 
Novruz bayramı günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya Uşaq və Gənclər Teatr günü də qeyd ediləcək. Bu münasibətlə teatrda martın 18-dən – 25-dək "Tamaşaların paradı” adı ilə maraqlı repertuar tərtib edilib.
 
 
Bayram günlərində balaca dostlarımız "Möcüzəli turp” ilə yanaşı, A.Şaiqin "Tıq-tıq xanım”, P.Nurəliyevanın "Dəcəl keçi”, Xalq nağılı "Qoğalın nağılı” tamaşalarını da izləyə biləcəklər.
 
 
Tamaşalardan əvvəl Novruzun əsas personajları – Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.
 
 
Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik. Tamaşalar mart ayının 18-dən – 25-dək davam edəcək.
 
 
Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, "Asan” xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarından əldə edə bilərsiniz.
 




















www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol