• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda “Brodvey” layihəsinin məşqlərinə start verildi - FOTOLAR

Musiqili Teatrda “Brodvey” layihəsinin məşqlərinə start verildi - FOTOLAR
10.05.2016 21:56

Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək.
 
Musiqili Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. "Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyyətinin birgə məşqlərinə start verilib. Bu münasibətlə "Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert  Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) Azərbaycana gəliblər. Dövlət Musiqili Teatrında qonaqları qarşılayan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışaraq layihənin həyata keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Sonra qonaqlar teatrın inzibati binası – səhnə, tamaşa və məşq zalları ilə tanış olublar. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri xanım Emi Pitersen Musiqili Teatrda "Brodvey ” komandası üçün yaradılmış yüksək şəraitə görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkürünü bildirib.  
 
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının "Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. "Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı  "Brodvey” layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş azaddır.
 






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol