• $
  • €
  • ₽
  • ₺
  • £

Pəhləvilərin rəsm xəzinəsi ilk dəfə dünya nümayişinə çıxır

Pəhləvilərin rəsm xəzinəsi ilk dəfə dünya nümayişinə çıxır
18.05.2016 19:43

Azərbaycanlı rəssam A.Ağdaşlının ekspertliyi ilə Fərəh Pəhləvinin 1970-ci illərdə satın aldığı rəsmlər...

 

İranın sonuncu şahı Rza Pəhləvinin (Reza Pahlavi) dövründə toplanmış dünyanın ən zəngin modern art kolleksiyalarından biri bu ilin sonunda ilk dəfə dünya nümayişinə çıxacaq, alman mədəniyyət rəsmiləri xəbər yayıblar ki, sərgi Berlində olacaq.
Bu kolleksiya ABŞ və Avropadan kənarda çoxlu modernist şah əsərləri ehtiva edən ən böyük kolleksiyadır. Vaxtilə şahın arvadı Fərəh Pəhləvi (Farah Pahlavi) bu əsərləri topalamaq üçün xüsusi bir qurum yaratmış, o qurumun işini azərbaycanlı rəssam Aydın Ağdaşlıya (Agdashloo) həvalə etmişdi. 

Kolleksiyada Pablo Picasso, Joan Miro, Andy Warhol, Jackson Pollock, Mark Rothko, Francis Bacon'un əsərləri, bu müəlliflərin ümumilikdə 300 əsəri var. Bu, dünyada unikal kolleksiya hesab olunur, 1979-cu ilin İslam inqilabında Pəhləvilər devrildikdən sonra bu əsərlər İrandan kənarda nümayiş etdirilməyib.

Ötən il Tehran Müasir İncəsənət Muzeyi F.Pəhləvinin 1970-ci illərdə satın aldığı 42 əsər üçün sərgi keçirmişdi. Sərgidə Warhol ("İntihar" əsəri) və Pollock'un Christie Auksionu tərəfindən biri 250 milyon ABŞ dolları qiymətləndirilən nadir əsərləri vardı. İran bu əsərləri satmayacağını bildirib. (Azadliq.org)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol