• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr 106-cı mövsümün ən yaxşılarını mükafatlandırdı - FOTOLAR

Musiqili Teatr 106-cı mövsümün ən yaxşılarını mükafatlandırdı - FOTOLAR
06.07.2016 00:53
Azərbaycan Dövlət Musiqili Teatrı106-cı mövsümə 17 iyul 2016-cı il tarixində yekun vuracaq.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, başa çatmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün uğurlu yaradıcılıq hadisələri ilə zəngin olub. Mövsüm boyu Musiqili Teatrda "Qafqazlı qardaşqızı” (R. Hacıyev),  "Baladadaşın toy hamamı” (Elçin), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "999-cu gecə” ("Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub. Habelə, teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında maraqlı tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Eyni zamanda teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində  konsert proqramlarıyla çıxış edib. Kollektivin bəzi üzvləri yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər və uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar. 

106-cı mövsümün yekunlaşması ilə əlaqədar olaraq Dövlət Musiqili Teatrında  mükafatlandırma mərasimi olub. Mehriban Zalıyeva "Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov "Mövsümün ən yaxşı aktyoru”, Əmrah Dadaşov "Mövsümün debütü” (kişi), Aydan Qasımova "Mövsümün debütü” (qadın), Nigar Qarayeva "Mövsümün perspektivli aktrisası”, Səmədzadə Xasıyev "Mövsümün perspektivli aktyoru”,  Ağaxan Şərifov "Mövsümün ən məhsuldar aktyoru”, Almaz Ələsgərova "Mövsümün sevilən aktrisası”, Ülviyyə Əliyeva "Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, Nərgiz Kərimova "Mövsümün debütü” (rus bölməsi, qadın), Nicat Əli "Mövsümün debütü” (rus bölməsi, kişi), Tofiq Seyidəmirov "Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, Fərid Rzayev "Mövsümün ən yaxşı xor artisti”, Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti”, İfadə Bağırova "Mövsümün ən yaxşı texniki işçisi” və Vidadi Həsənov "Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib olub. Həmçinin "Baladadaşın toy hamamı” (Elçin) və "999-cu gecə” ("Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşaları "Mövsümün ən yaxşı tamaşası” seçilib. Xalq artisti İlham Namiq Kamal və aktyor Hüseyn Əlili isə Azərbaycanın Xalq artisti Hüseynağa Sadıqov adına "Billur alma” mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib. 

Qeyd edək ki, bu təqdirəlayiq ənənənin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.
 














www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol