• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Oqtay Zülfüqarov vəfat etdi

Xalq artisti Oqtay Zülfüqarov vəfat etdi
31.08.2016 11:32
Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarov vəfat edib.

Trend bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, "Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqust ayının 31-də ömrünün 87-ci ilində vəfat etmişdir. Görkəmli bəstəkarla vida mərasimi saat 13:00-da Təzə Pir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olmuşdur.

Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhvəsini vermişdir. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, "Şənlən mənim xalqım” uvertürası, "Qız ulduz” "Pişik və sərçə” nağıl-operaları, "Sehrli alma ” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr etmişdir. Onun uzun illər ərzində yazdığı "Oxuyur Aysel” silsiləsi, "Telefon”, "Qatar”, "Ovçu”, "Gəlinciyim”, "Kim sevirsə idmanı?”, "Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olmuşdur. Görkəmli sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır.

20 ildən çox bir müddət ərzində o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli iş aparmışdır.

Oqtay Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə "Şöhrət” ordeninə layiq görülmüşdür. O, Prezident təqaüdçüsü idi.

Görkəmli sənətkar, gözəl insan Oqtay Zülfüqarovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Xalq artisti Oqtay Zülfüqarovun vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol