• $
  • €
  • ₽
  • ₺
  • £

Fantastikanın tarixi və bu günü haqqında müzakirələr

Fantastikanın tarixi və bu günü haqqında müzakirələr
12.12.2016 17:00
"YARAT” Müasir İncəsənət Mərkəzi dekabrın 14-də Azərbaycan fantastika janrında yazan yazıçılara həsr olunan ədəbi gecəyə hamını dəvət edir. Tədbir mərkəzin 1-ci mərtəbəsində saat 19.00-da keçiriləcək. Giriş sərbəstdir.

 
2016-cı ilin sentyabrında "Əsərim" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan fantastik janırında yazan və həmçinin, bu sahədə yeni fəaliyyətə başlayan müəlliflərin ümumi almanaxı işıq üzü görüb. Layihənin əsas məqsədi fantastika janrında yazan müəllifləri birləşdirmək və azərbaycanlı oxuculara janr haqqında məlumat verməkdir. 

Tədbir çərcivəsində müxtəlif müəlliflərin məqsədi janr nümunələri və  bu janırın ədəbi məktəbinin formalaşması eləcə də, xüsusi əsərlərinin ekranlaşdırılması problemləri müzakirə olunacaq.

Gecənin qonaqları yazıçı Aleksandr Hakimov, Rüstəm Hüseynov, Nigar Kazım və Laçın Səmədzadə olacaq.

ANN.Az qonaqlardan olan məşhur Azərbaycan yazıçısı, publisist Aleksandr Hakimovla, eləcə də, azərbaycanlı rəssam, yazıçı, bloger və səyyah Rüstəm Hüseynovla əlaqə yaradıb. 

"Düşünürəm ki, hər kəs üçün bu gecədə iştirak etmək maraqlı olacaq, çünki artıq  bizim vaxtımızdakı kimi fantastika spesifik bir sahə hesab olunmur”.

Bunu ANN.Az-a müsahibəsində publisist Aleksandr Hakimov deyib. O bildirib ki, indi fantastika reallıqla demək olar ki, eyniləşib:

"Bir çox proqnozlar gerçəkləşir, uydurmalar isə həyatda təcəssüm olunur. Diqqət yetirsək görərik ki, bir çox fantastik film və kitabları insanlar real bir şey kimi qarşılayır. Tamaşaçı və oxucu üçün kosmosdakı zaman asanlıqla qəbul edilir. Fikirimcə, tədbirin vacibliyi həm də ondadır ki, insanları bizim hesap etdiyimiz fantastik hücumlara hazırlamaqdır. Məsələn, hansısa qlobal fəlakət ya da kosmosdan gəlmələrin səfəri, yaxud tamamilə yeni gen mühəndisliyi vasitəsilə alınan varlıqların yaranması. Bunların bir çoxu ilə biz sabah qarşılaşa bilərik. Yaxşı fantastika mütəxəssisi insanı psixoloji cəhətdən bu cür gözlənilməzliklərə  hazırlamalıdır. 

İnsanlar bu tədbirdən qarşılıqlı anlaşma gözləməlidir. Qonaqlara  çatdırmaq istərdim ki, fantastikanı bir neçə kateqoriyaya bölmək olar. Məsələn, əyləncəli fantastika, intellektual, eləcə də profilaktik. Fantastika bir növ insanlara xəbərdarlıq edir”.

 
"Mənim üçün bu tədbir- mənim oxucularım və tənqidçilərimlə gözəl ünsiyyət imkanı verir”.

Bunu isə ANN.Az-a müsahibəsində yazıçı və səyyah Rüstəm Hüseynov deyib. O bildirib ki, oxucu ilə yazıçı arasında interaktiv əlaqələrin çox olması yaxşıdır:

"Diqqətli oxucular tez-tez maraqlı detalları hiss edir və bu haqda düşünür. Kənardan baxmaq və qarşılıqlı dialoq sənə mənzərəyə yeni nəzərlə baxmağa imkan verir". 

 
 
Rüstəm Qasımov

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol