• $
  • €
  • ₽
  • ₺
  • £

Agentlikdən Rusiya kanalındakı erməni iddialarına reaksiya

Agentlikdən Rusiya kanalındakı erməni iddialarına reaksiya
11.01.2017 16:11
Rusiyanın "Telekafe” kanalında yayımlanan "Puteşestvie za vkusom” verilişinin 8 yanvarda efirə gedən "erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, qurum bu iddialara cavab verib.

Agentliyin məlumatında deyilir: "Sən gəlməz oldun” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə.Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan "Sən gəlməz oldun” mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır.

Bütün arxiv sənədlərindən də göründüyü kimi, "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır.

Rusiyada aşkar olunan «the art of armenian duduk» («Maqiçeskiy Duduk») adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanıb. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin "Sənə də qalmaz”, Rauf Hacıyevin "Saçlarına gül düzüm”, Cahangir Cahangirovun "Ay qız”, Emin Sabitoğlunun "Neyləyim”, Ələkbər Tağıyevin "Sən gəlməz oldun”, Eldar Mansurovun "Melodiya” və "Gecə zəngləri” kimi məşhur musiqi əsərləri vardır.

Bununla yanaşı lisenziyasız toplularda məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu kimi "yaxşı erməni musiqisi” adı altında təklif olunur. Kompozisiyaların rus dilində göstərilmiş adları: "Tı ne prişla”, "Svetlovolosaya nevesta”, "Ne prişla”, "Lirika”, "Ayvovıy tsvetok” ermənilər tərəfindən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə Ə.Tağıyevin "Sən gəlməz oldun” mahnısından, "Sarı gəlin”, "Gəlmədin” Azərbaycan xalq mahnılarından, "Mirzeyi” və "Heyva gülü” Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompozisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər.

Ələkbər Tağıyevin vərəsəsi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C. Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib.

Ümumiyyətlə Ə. Tağıyevin "Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi "Byanka” adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi "Soqdiana” adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ə.Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun” mahnısının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirib, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol