• $
  • €
  • ₽
  • ₺
  • £

Opera və Balet Teatrı bəyanat yayıb

Opera və Balet Teatrı bəyanat yayıb
14.01.2017 17:01
Azərbaycan Dövlət Opera və Balet Teatrı xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə bağlı bəyanat yayıb.
 
Teatrın mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur ki, balet artistlərinin teatrı kütləvi surətdə tərk etməsini təsdiq etməyə heç bir əsas yoxdur: "Xalq artisti Mədinə Əliyevanın Opera və Balet Teatrından işdən ayrılması səbəbi haqqında səsləndirdiyi həqiqətdən uzaq olan fikirlərlə tanış olarkən təəccübləndik. Çünki balet artistlərinin teatrı "kütləvi surətdə tərk etməsini” təsdiq etməyə heç bir əsas yoxdur. Mədinə Əliyevanın 14 nəfər balet artistinin teatrdan məcburən uzaqlaşması haqqında məlumatı tamamilə yanlışdır.
 
Həqiqətdə isə öz yüksək professionallığı ilə fərqlənən balet truppası tam tərkibdə fəaliyyətini davam etdirir və repertuar üzrə tamaşalara hazırlaşır. Kollektivdə ənənəvi olaraq işgüzar əhval-ruhiyyə hökm sürür.
 
Mədinə Əliyevanın özünün işdən ayrılmasının səbəbi isə onun "gənc aktrisa” adlandırdığı xalq artisti Kamilla Hüseynovanın balet truppasına bədii rəhbər vəzifəsinə təyin olunması ilə qəti surətdə razılaşmamasıdır”.
 
Teatrdan bildiriblər ki, Kamilla Hüseynova uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı səhnə ustası olub: "O, "Zirvə” və "Qızıl Dərviş” mükafatları laureatı, eyni zamanda Prezident mükafatçısıdır. Bir neçə ay öncə - 2016-cı ilin mayında o, "Şəhrizad” baletində Zübeydə rolunun parlaq ifası ilə səhnəsində çıxışlarını başa vurub, hal-hazırda zəngin təcrübəsini gənc, yeni yetişən balet artistlərinə ötürür. Və bu, çox düzgündür. Mədinə Əliyevanın bu vəziyyətlə razılaşmamasına gəlincə, teatr rəhbərliyi məsələ ilə əlaqədar dəfələrlə onunla söhbət aparıb, fəaliyyətini davam etdirməyə çağırıb. Lakin o özü üçün daha düzgün hesab etdiyi qərarı seçib. Öz istəyi ilə teatrdan azad olunmaq haqqında ərizə ilə müraciət edib və rəhbərlik onun arzusunu yerinə yetirib. Bir müddət əvvəl Mədinə Əliyeva Xoreoqrafiya Akademiyasından da öz ərizəsi ilə azad olunub. Təəssüf edirik ki, emosiya və ambisiyalar bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır. Eyni zamanda kiminsə şəxsi istəyini teatrın maraqlarından üstün tutmasını, onları ultimativ şəkildə səsləndirilməsini və yanlış məlumatları yaymasını düzgün hesab etmirik”. 
 
Qeyd edək ki, xalq artisti M. Əliyeva APA-ya açıqlamasında teatrın ünvanına bir sıra ittihamlar səsləndirmişdi. O, bildirmişdi ki, son vaxtlar Opera və Balet Teatrında on beş nəfər işdən çıxıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol