• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan meşələrini Rusiya yandırır - İDDİA

Gürcüstan meşələrini Rusiya yandırır - İDDİA
06.09.2017 15:40
Gürcüstanda meşə yanğınları ara vermir. Yanğınsöndürənlər ölkənin qərbindəki alovu söndürməyə təzəcə imkan tapmışdılar ki, bu dəfə alovlar şərqdən yüksəlib.

Hazırda Gürcüstanda dörd yanğın ocağı qalır. İndiyə qədər yanğınlarda yüzlərlə hektar meşə məhv olub.

anews.az virtualaz.org-a istinadən xəbər verir ki, yanğınların bu cür dalbadal baş verməsi və coğrafiyası Gürcüstanda bu yanğınların Rusiya tərəfindən törədildiyinə dair şübhələri artırıb. Bu haqda "Nezavisimaya qazeta” yazır.

Ötən gün alovlar hətta Tiflisə çatıb. Paytaxtın tarixi kvartallarından birində yerləşən xiyaban alovlanıb, alovun yaxınlıqdakı evlərə keçməsi təhlükəsi yaranıb. Sakinlər evlərini tərk etməyə hazırlaşıblar. Ancaq yanğınsöndürənlər vertolyotun köməyi ilə alovu söndürə biliblər.

Acariya, Kaxetiya və yüksək dağlıq Tuşeti bölgəsində isə meşələr yanmaqda davam edir. Həmin yanğın ocaqlarına texnikanın yaxınlaşması üçün yol yoxdur. Yanğınsöndürənlər alovla piyada və əllə mübarizə aparmağa çalışırlar.

Tiflis meri postuna namizəd, vitse-premyer Kaxa Kaladze jurnalistlərlə söhbətində deyib ki, yanğınların bu cür tez-tez baş verməsi diversiya barədə ehtimalları gücləndirir. Lakin keçmiş futbolçu dərhal əlavə edib ki, bu barədə dəlillər yoxdur. Bundan əvvəl daxili işlər naziri Georgi Mqrebrişvili də diversiya ehtimalından bəhs etmişdi.

Gürcüstanın hərbi tematika üzrə ixtisaslaşmış nüfuzlu "Arsenali” jurnalının baş redaktoru İrakli Aladaşvili isə "Kviris Palitra” qəzetində dərc edilmiş məqaləsində meşələrin dronlarla yandırıldığını ehtimal edir. Ekspert qeyd edir ki, gecə vaxtı o qədər də böyük olmayan dronları görmək mümkün deyil. 

Xüsusən də miniatür kvadrakopterləri. "Əsas məsələ bu dronlarda yandırıcı qurğunu lazım olan yerə atmaq üçün cihaz quraşdırmaqdır ki, bu da elə çətin iş deyil. Meşələrə diversiya xarakterli bomba atmaq üçün isə elə də yüksək dəqiqlik tələb olunmur. Kiçik dronları radilokasiya sistemləri ilə aşkar etmək də müşkül məsələdir. Rusiya dronları gecə saatlarında Sxinvali regionundan Borjomi dərəsəsinə tərəf uça və termit qumbaraları meşələrə ata bilər. Belə qumbaraların korpusu daha sonra alovda tamamilə yanıb gedir, izi qalmır. Çünki kompozit materialdan hazırlanıb və nəticədə əşyayi-dəlil aşkar etmək mümkün deyil”, - ekspert yazır.

Xatırladaq ki, bu ilin mayında Ukraynanın Xarkovda yerləşən ən iri silah-sursat anbarında da güclü yanğın baş verib. Nəticədə Ukrayna ordusunun sursat ehtiyatının xeyli hissəsi məhv olub. Ukrayna Təhlükəsizlik Xidməti bu hadisənin diversiya olduğunu açıqlayıb və bildirib ki, silah anbarında yanğından az əvvəl yaxınlıqda yaşayanlar dron səsi eşidiblər. Bu günlərdə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Rusiya FTX-nin direktoruna müraciət edərək, diversiya əməliyyatlarına son qoymağa çağırmışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol