• $
  • €
  • ₽
  • ₺
  • £

"Çingiznamə” Azərbaycanda nəşr olundu

"Çingiznamə” Azərbaycanda nəşr olundu
15.11.2014 12:22

XVI əsrdə Qızıl Orda sarayının katibi Ötəmiş Hacı tərəfindən yazılan, Çingiz xan və onun hakimiyyətdə olan sülaləsindən bəhs edən “Çingiznamə” əsəri Azərbaycanda nəşr olunub. 

Xatırladaq ki, Ötəmiş Hacının “Çingiznamə”si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbələrdən biri hesab olunur. Çağatayca, XVI əsrdə qələmə alınmış əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyət haqqında geniş bilgi verilmişdir. 

 Əsər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən və Nəsimi adına Dilçilik İnstitutun doktorantı Dilbər Türksoy tərəfindən tərcümə olunaraq nəşrə hazırlanmış və “Qələm” nəşriyyatında çap olunmuşdur.Qızıl Orda dövləti haqqında bu gün çox az məlumat var. Buna səbəb dövlətə dair tarixi mənbələrin az olmasıdır. Bu barədə rus tarixçilərinin, ərəb və fars mənbələrində və Avropa səyyahlarının əsərlərində məlumatlar verilmişdir. Mənbələrdən çox azı bu günə qədər gəlib çatmışdır. Bu baxımdan “Çingiznamə” Çingiz Xan tərəfindən qurulan və daha sonra övladları arasında ayrı-ayrı hissələrə bölünən imperiyanın dövlət idarəçilik prinsipləri, törə qanunları, sosial həyatı barədə mühüm mənbə rolunu oynayır.Qızıl Orda dövləti haqqında aparılan araşdırmalarda “Çingiznamə” əsas qaynaq olaraq istifadə olunan “Çingiznamə”nin bilinən iki nüsxəsi mövcuddur: Daşkənd və Orenburq nüsxələri. Hal-hazırda çap olunan “Çingiznamə”nin Daşkənd nüsxəsidir. Bu nüsxə ilk dəfə V.P.Yudin 1992-ci ildə Qazaxıstanda nəşr edilib. Daha sonra əsər 2008-ci ildə Takuşi Kavaguçi və Hiroyuki Naqamine tərəfindən Yaponiyada və 2009-cu ildə isə əsər İlyas Kamalov tərəfindən Türkiyədə nəşr olunub.“Çingiznamə”də Batı Xandan başlayaraq Toxtamış Xan dövrünə qədər hadisələrlə bağlı önəmli məlumatlar verilib. Əsərdəki rəvayətlərin bir çoxu tarixi qaynaqlarında yazılan məlumatlarla üst-üstə düşür. Bütün bunlar “Çingiznamə”nin önəmli tarixi mənbə kimi əhəmiyyətini artırır. 

Ötəmiş Hacı əsəri yazarkən əldə etdiyi məlumatları tutuşdurduğunu, bir çox yerləri və hadisələri həmin yerlərə gedərək şəxsən gördüyünü yazır.. Cuci Xanın ölümündən sonra Batı Xan ilə İçən Xan arasında taxta kimin çıxması məsələsində narazılıq və məsələnin Çingiz Xanın hüzurunda həll edilməsi və Çingiz Xanın öz oğulları və nəvələri arasında imperiyanın ərazisini bölüşdürməsi məsələsi əsərdə önəmli yer tutmuşdur. Ötəmiş Hacı əsərdə Qızıl Ordada İslamın qəbulu ilə bağlı məsələyə də toxunmuşdur. 

 Oxucular kitabı yaxın günlərdə şəhərin mağazalarından əldə edə biləcək.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol