• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur İsrail yazıçısının romanı Bakıda çap edildi

Məşhur İsrail yazıçısının romanı Bakıda çap edildi
03.11.2014 14:17

Məşhur İsrail yazıçısı Amos Ozun "Mənim Mixaelim” romanı ilk dəfə Azərbaycan dilində çap olundu.

"Alatoran" Yayınlarının nəşr etdiyi “Mənim Mixaelim” Beynəlxalq Naşirlər Assisoaisiyasının (International Publishers Association) "XX əsrin 100 ən yaxşı romanı" siyahısına daxil edilib. Oz bir çox mükafatların, o cümlədən prestijli sayılan Kafka mükafatının laureatıdır.

Romanda hadisələr 1950-ci illərdə - İsrail dövlətinin qurulduğu illərdə cərəyan edir. Əsər Hanna Qonenin dilindən danışılır və onun Mixaellə tanışlığından başlanır.

Hanna universitet tələbəsi olduğu illərdə Mixaaellə - geologiya fakültəsinin aspirantıyla tanış olur və onlar evlənirlər. Hanna gecələr gec saatlaradək elmi işləriylə məşğul olan bu soyuq təbiətli insanla illərini paylaşır, öz karyerasını qurban verir, uşaq tərbiyə edir, xəstəliklə mübarizə aparır. Amos Oz yaşayıb-yaşamayacağı bəlli olmayan bir nikahın tarixçəsini yazır. Müstəqilliyi sual altında olan ölkənin taleyi ilə əvvəldən-axıra paralel təşkil edən süjetdə oxucu Hannanı öz müstəqilliyindən ötrü mübarizə aparan görür, zahirən məişət səviyyəsində görünən hadisələr tarixi kontekst qazanır.

Büsbütün depressiyaya uğramış olan Hanna get-gedə daha səbatsız olur. Hannanın nikahı və sağlam düşüncəsi zəiflədikcə, müəllifin simvolları daha dərin mənalar qazanır və universallıq kəsb edir.

Hanna faciə qəhrəmanıdır, qrotesk varlqıdır, ustalıqla yaradılmış qadın xarakteridir. O, zəhmətkeş insan olan, ailəsinə dəyər verən və öz sahəsində önəmli uğurlar qazanan ərini qiymətləndirə bilmir. Maykldan fərqli olaraq, Hanna uşaq doğduqdan sonra təhsilini yarımçıq saxlayır, davam etmək haqqında heç düşünmür də. Gününü şirin xəyallarda keçirməklə məşğul olur, özünü kraliça kimi təsəvvür edir... Azərbaycan oxucusu bir yəhudi ailəsində özünə bənzəyən məqamları görüb heyrət edəcəkdir, şübhəsiz.

“Mənim Mixaelim” romanının avtobioqrafik olduğunu da söyləyirlər. Ozun “Qaranlıq və Eşq” avtobioqrafik əsərində də (gələcəkdə “Alatoran Yayınları”nda çap olunacaq) “Mənim Mixaelim” romanına paralellər tapmaq mümkündür.

Azadliq.org

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol