• $
  • €
  • ₽
  • ₺
  • £

“Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin qəribə hekayəsi: “Məgər, dövlət məmurları hamamda içki içmirlər? - FOTOLAR

“Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin qəribə hekayəsi: “Məgər, dövlət məmurları hamamda içki içmirlər? - FOTOLAR
24.12.2018 17:50

1976-cı ildən başlayaraq SSRİ-də hər Yeni İl axşamı "Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin nümayişi ənənəyə çevrilib. Hər il təkrar nümayiş olunmasına baxmayaraq, milyonlarla insan filmi böyük həvəslə seyr ediblər.

Filmin ilk nümayişinin 100 milyon tamaşaçısı olub. Bir ildən sonra isə bu rəqəm 250 milyonu keçib.

"Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin ərsəyə gəlməsində yaddaqalan məqamlar və ortaya çıxan problemlər də az olmayıb.

Film hazır olduqdan sonra müzakirələr zamanı "sərxoşluğun təbliği” adı ilə ciddi tənqidə məruz qalıb.

Bu məsələdə filmin müəllifləri olan Emil Braqinskini və Eldar Ryazanovu Dövlət Teleradio Komitəsinin sədri Lapin müdafiə edib: "Məgər dövlət məmurları hamama gedəndə içki içmirlər? Burada heç bir qəbahət yoxdur...”

ironyoffate03.jpg (84 KB)

Bununla da ilk təhlükə sovuşub.

Çəkiliş zamanı ən böyük problem dostların hamamda "tədbir” keçirdikləri səhnə ilə bağlı olub. Çəkiliş zamanı aktyorlar həqiqətən də içki içiblər və çəkiliş üçün "yararsız” vəziyyətə düşüblər. Yalnız səhərisi gün aktyorlar tam ayıldıqdan sonra çəkilişlər yenidən başlayıb.

İppolit roluna Oleq Basilaşvili təsdiq olunsa da, o, atasının vəfatı ilə bağlı çəkilişlərdə iştirak edə bilməyib və bu rol Yuri Yakovlevə həvalə olunub.

ironyoffate06.jpg (113 KB)

Filmdəki çovğunlu hava səhnələrindəki qar təbii olmayıb. Süni qarlı hava səhnəsini yaratmaq rejissor Eldar Ryazanov üçün böyük çətinliklər yaradıb.

"Qəribə təsadüf və ya həmişə təmizlikdə” Tayvanda ilk dəfə1992-ci ildə nümayiş etdirilib. Film tamaşaçıların o qədər xoşuna gəlib ki, onlar da bu filmi hər Yeni İl gecəsində tamaşaçıların ixtiyarına verirlər.

Filmdəki məşhur hamam səhnəsi əsl hamamda çəkilməyib. Həmin səhnə "Mosfilm”də mərtəbələrarası pillələrin altında quraşdırılıb.

Rejissor Eldar Ryazanov özü də filmdə epizodik rola çəkilib. Təyyarədə sərxoş vəziyyətdə olan Jenya Lukaşinin yanında əyləşən "sərnişin” Eldar Ryazanovdur.

ironyoffate01.jpg (178 KB)

Andrey Mironov Lukaşinin rolunda çəkilmək arzusunda olsa da, Eldar Ryazanov bununla razılaşmayıb. O, Mironova İppolit rolunu təklif edib, bu təklifdən isə aktyor imtina edib.

Filmin büdcəsi 372 min rubl təşkil edib. Müəlliflərə isə birlikdə 9 min rubl qonorar verilib: hərəsinə 4500 rubl...

Film 1977-ci ildə SSRİ-nin Dövlət mükafatına layiq görülüb.

"Qəribə təsadüf və ya həmişə təmizlikdə” Leonid İliç Brejnevin sevimli filmlərindən olub.

ironyoffate07.jpg (112 KB)

Baş katib Mərkəzi Komitənin plenumunda yaşayış binalarının tikintisi ilə bağlı müzakirələrdə bu sahəyə cavabdeh olan şəxslərə öz iradını belə bildirib: "Yaşayış binalarını inşa edərkən sovet vətəndaşının zövqünü oxşamaq üçün arxitekturanın fərqli olmasına xüsusi diqqət yetirmək vacibdir. Yoxsa o məşhir filmdə olduğu kimi, insanlar öz evlərini dəyişik salacaqlar. Elə o film də sizin yarıtmaz işinizin göstəricilərindən biridir...”

Qeyd edək ki, Emil Braqinski və Eldar Ryazanov bu əsəri əvvəlcə teatr üçün yazıblar. Uğursuz pyes kimi Moskva teatrlarının heç biri bu əsəri qəbul etməyib.

Çarəsiz qalan rejissor Eldar Ryazanov pyesin yazılmasına çəkdikləri əziyyətin yerdə qalmaması üçün film çəkmək qərarına gəlib və sonralar özünün etiraf etdiyi kimi, filmin belə uğurlu alınacağını ağlına belə, gətirməyib...


Musavat.com

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol