• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Əmrahoğlu da dünyasını dəyişdi

Arif Əmrahoğlu da dünyasını dəyişdi
19.07.2014 11:02
Azərbaycan Yazıçılar Birliyinin katibi dünyasını dəyişib. 
ANN.Az xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza “Facebook” hesabında yazıb. Arif Əmrahoğlu bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib. 
1973 -1978-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb. Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi (1979-1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi (1986-1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989-1993), Prezident Aparatında milli siyasət şöbəsində (1993-1997) işləyib. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.
İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc olunub.  M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirib. Bədii tərcümə ilə ardıcıl məşğul olub.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol