• $
  • €
  • ₽
  • ₺
  • £

Şair və yazıçılar Mirşahinə cavab verdi

Şair və yazıçılar Mirşahinə cavab verdi
12.04.2022 21:03
Jurnalist, "Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev efirə gedən analtik proqramında Azərbaycanın İkinci Qarabağ  Müharibəsindəki qələbəsini tərənnüm edə bilmədiklərinə görə, yaradıcı adamları  kəskin tənqid edib.

O, mədəniyyət xadimlərinə, yazıçılara, şairlərə, aktyorlara üz tutaraq onları ölkənin qələbəsinə həsr edilən yetərincə əsər yazmamaqda günahlandırıb. 

 "Bağışlayın məni, hanı bizim qələbəmiz? Nə olub bizə? Yəni şeir də yaza bilmirik? Hanı gölməçə boyda olub özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar? Yaxşı tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətindir, ya da gərək üstündən xeyli keçə, mövzu oturuşa və sair, gic-gic bəraətləndirmələr. İndi ki, artıq qələbəmiz var! Özü də necə! Dünyaya nümunə! Hamı bu qələbəni öyrənir. Bəs onda hanı bizim "Den Pobeda”mız? "Juravli”lərimizi – Durnalarımızı tülkü yeyib? Hanı operamız, hanı nəğmələrimiz, hanı hekayələrimiz? Prezidentmi yazmalıdır sizin yerinizə”, - jurnalist  bildirib. 

Məsələyə bir qisim yaradıcı adamdan münasibət aldıq.
 
Yazıçılar Birliyinin üzvü Elçin Şıxlı: "Mirşahinin verlişlərinə baxmıram ki, birdən məni də qınayar inciyərəm”.

"O həmişə kimisə qınayır. Yazı yazmaq sifarişlə olmur. Bunun üçün yaradıcı insana ilham gəlməlidir. Nizami Gəncəvi öz dövründə şahların sifarişi ilə poemalar yazırdı. İndi də Mirşahin kimi yazıçı hesab edirsə ona müraciət etsin.  Mənə görə heç bir yaradıcı insan sifarişlə yazı yazmaz. Mirşahindir də danışır özü üçün”.

Yazıçı İlqar Rəsul: "Belə danışmaq qüsurlu davranışdır”.

"Bəlkə son dövrdə yazılan əsərləri heç Mirşahin də oxumur. Mənim yazdığım "Sara” romanı Şuşaya hücumla başlayır, qələbə paradı ilə bitir. Rejisorlarımız bunu filmlərdə canlandırmaq üçün əsərləri oxumalıdır. İsti yerdə oturub camaata niyə bunu eləmirsiz demək olmaz”..

Şair Baba Vəziroğlu: "Əsər yaratmaq jurnalistika deyil ki, xroniki ardıcıllıqla yan-yana düzəsən”.

"Qarabağ qələbəsindən sonra müxtəlif janrlarda əsərlər yazılıb. Bəlkə Mirşahin daha böyük əsərlər görmək istəyir. Mənim müharibə dövründə 30-a yaxın əsərim işıq üzü görüb,  bu günə qədər isə 50 əsərim müharibəyə həsr olunub. Qələbə ilə bağlı hələ çox əsərlər yazılacaq. Gec-tez hər kəs ürəyində olanı qələmə alacaq. Sifarişlə əsərlər yaratmaq sovet ənənəsidir”.
 
Yazıçı Hüseynbala Mirələmov: "Mənim qələbədən sonra 1 pyesim, 2 hekayəm dərc olunub" 

"Mirşahinin tənqidlərini subyektiv fikir kimi dəyərləndirirəm. Qarabağ qələbəsindən sonra "Sərhəd" adlı pyesim, "Lələ-Təpə səltənəti” və "Özgə torpaqlarda çirkli çəkmələr” adlı hekayəm cap olunub. Yazmaq zorla olmaz. Bunun üçün insanda həvəs vəə ilham hissi olmalıdır”.

Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi: "Mirşahin ən azından 3 kitab oxusun, sonra rəy versin”.

"Nədənsə xəbəri olmayıb danışmaq çox asandır. Təssəvvür edə bilmirəm ki, Mirşahin axırıncı dəfə nə zaman kitab oxuyub. Mən müharibə dövründə yazdığım 5 kitabı onun qarşısına qoyaram. Əgər Mirşahin hansısa kitabları oxuyub tənqid etsəydi bunu anlamaq olardı. Əgər o kitab oxumursa bu yazıçıların günahı deyil”.

Yazıçı Qan Turalı (Tural CƏfərov) : Bunu görməmək üçün Mirşahin olmaq lazımdır”.

"44 günlük müharibədə qələbə qazanan Azərbaycan əsgəri həm də ədəbiyyat adamıdır. Onun müharibədə gördükləri, göstərdiyi qəhrəmanlıqlar reallaşırsa deməli bu ədəbiyyatla baş verir. Kifayət qədər müharibəyə həsr olunan əsərlər var. Tənqid edən jurnalist bunu hansı efirində müzakirəyə çıxardı?”.

Rejisor Rövşən İsax: "Biz o filmləri çəkmək üçün maliyyə dəstəyi almalıyıq”.

"Rejisorlar bu məsələdə heç nəyi həll etmir. Bu cür məsələlərdə Mədəniyyət Nazirliyi dəstək göstərməlidir”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən anews.az-ın sorğusuna cavab olaraq bildirildi ki, nazirliyin bununla bağlı hələlik hər hansı bir mövqeyi yoxdur.

Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol