• $
  • €
  • ₽
  • ₺
  • £

Nigar Köçərli: Yeni bir hədəf var, o da - “Əli və Nino”dur

Nigar Köçərli: Yeni bir hədəf var, o da - “Əli və Nino”dur
19.04.2014 13:37

“Ali və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsində ifadə verən əməkdaşına təzyiq edildiyini deyib. AzNews.az-a açıqlama verən Nigar Köçərli bildirib ki, Vergilər Nazirliyinin İstintaq İdarəsində mağazanın əməkdaşı Nadya Səmədovadan ifadə alınıb. Proses 5 saata qədər çəkib.

Onun sözlərinə görə, istintaq zamanı N. Səmədovaya aidiyyatı olmayan suallar verilib: “Ötən həftə mən Bakıda deyildim. Bizim bir əməkdaşımızı istintaqa çağırıblar. Onu orada 5 saat sorğu-sual ediblər. Suallar da qəliz olub. Yəni, yalnız “Qanun”la bağlı soruşmayıblar. “Ali və Nino” barəsində suallar veriblər. Sonra soruşublar ki, sən 2012-ci ildə hansı bankdan kredit almısan, hansı sənədləri təqdim etmisən? Ona təsir etmək üçün bu üsula əl atıblar”.

N. Köçərli deyib ki, N. Səmədova ifadəsi alınandan sonra özünü pis hiss edib: “Əgər o, şahid qismində dəvət edilibsə, ona belə suallar verilməməlidir. Bu o deməkdir ki, yeni bir hədəf var, o da - “Əli və Nino”dur”.

Qeyd edək ki, “Qanun” Nəşrlər Evinə kəsilən 150 min manat məbləğində cəriməyə görə “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol