• $
  • €
  • ₽
  • ₺
  • £

Anarın əsərinə qadağanı kim qoyub?

Anarın əsərinə qadağanı kim qoyub?
10.04.2014 14:43
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Səhra yuxuları” əsərinin səhnələşdirilməsinə qadağa qoyulub.Bu barədə AzNews.az-a məlumat verən mənbə bildirir ki, sözügedən əsər vaxtiylə Akademik Dram Teatrının səhnəsində oynanılıb. Amma bir-iki tamaşadan sonra bu əsər repertuardan çıxarılıb. Mənbə deyir ki, otən il həmin əsərə rejissor Rövşən Almuradlı quruluş vermək istəsə də buna mane olublar. Xəbərə görə, rejissor bununla bağlı Akademik Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb. O, “Səhra yuxuları” na quruluş vermək istədiyini bildirsə də sözügedən teatrın direktorundan “yox” cavabı alıb. Mənbə onu da əlavə edib ki, Anarın özü “Səhra yuxuları” əsərinin hazırlanmasında maraqlı olub. Bununla bağlı “Azdrama”nın rəhbərliyinin qadağasını eşidincə, İ.İsrafilova əsəbiləşib. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib, amma nəticə dəyişməyib. Bundan sonra məlum olub ki, qadağa İ.İsrafilovun şəxsi münasibəti ilə bağlı deyil. Məsələ ilə bağlı AzNews.az-ın sullarını cavablandıran Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xəbəri dolayısıyla olsa da təsdiqlədi. Onun dediklərini olduğu kimi təqdim edirik: “Teatrın repertuar planı və həm də siyasəti var. Əgər hər rejissor istədiyi əsərə quruluş versə və buna görə teatra gəlsə, onda ən azı repertuarda 20 tamaşa qoyular. Bu da mümkünsüzdür. Təbii ki, hər rejissor bir tamaşa qoymaq istəyir. Hər istək həyata keçsə, teatrda hərc-mərcilik olur ki... Mən bütün rejissorlarla, dramaturqlarla söhbət edirəm. Rövşən Almuradlı ilə də bu barədə söhbət etdik. Onlara bir daha xatırlatdım ki, teatrda hər hansı bir əsərin quruluş verilməsinə, Mədəniyyət və Turizm Nazirliyi icazə verməlidir. Yəni bunlar dövlət sifarişi səviyyəsində olur”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol