• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar Birliyində yeni kitab təqdim edildi - FOTO

Yazıçılar Birliyində yeni kitab təqdim edildi - FOTO
03.04.2014 12:50
Aprelin 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Hacı Arif Buzovnalının yeni kitabının təqdimatı keçirildi. Şairin “Seçilmiş əsərlər” adı ilə çap edilmiş kitabına bu günə kimi dərc edilən kitablarından seçmələr və yeni şeirləri daxil edilmişdir. Tədbirin aparıcısı, “Ulduz” jurnalının tərcümə seksiyasının rəhbəri, yazıçı, ssenarist İlqar Fəhmi şairin yaradıcılığı haqqında geniş məlumat verərək bu günə qədər beş kitabının nəşr olunduğunu və bu kitabların oxucular tərəfindən rəğbətlə qarşılandığını bildirdi.  Həmçinin bildirdi ki, müasir dövrdə klassik janrda yazan şairlər sırasında Arif Buzovnalı əruz vəzninin qorunub inkişaf etdirilməsində öz xidmətləri var. Məhz elə buna görə də bu gün şair öz həyatını bütünlüklə klassik ədəbiyyatın inkişafına həsr edib. Sonra söz tədbir iştirakçılarına verildi. Natiqlər şairin təkcə klassik deyil, müxtəlif janrda yazdığı şeirləri müasir gənclər üçün nümunə olduğunu vurğuladılar. Əruzun müxtəlif bəhrlərində şeir nümunələri yaradan şairin yaradıcılığını yüksək qiymətləndirən ədəbiyyat nümayəndələri müasir günümüzdə bu sahədə yazanlar sırasında Arif Buzovnalının yaratdığı nümunələrin əvəzsiz xəzinə olduğunu qeyd etdilər. Bakı İslam Universitetinin Sumqayıt şöbə müdiri Mirəziz Seyidzadə, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Qiymət Məhərrəmli, şair Azər Buzovnalı təqdim edilən kitabla bağlı fikirlərini söylədilər, şairin yaradıcılığı haqqında yüksək fikirlər söylədilər. Bildirildi ki, Azərbaycan klassik şeir növündə bu gün çox az sayda yazanlar sırasında şairin öz dəsti-xətti. Öz yolu var. Böyük Füzuli və Əliağa Vahid məktəbindən bəhrələnən yazar bu gün onların yolunu layiqli şəkildə davam etdirir. Əruz vəznində, təmiz ana dilimizdə yazdığı şeirlər təkcə böyüklər tərəfindən deyil , məktəblilərin də dilində əzbərdir. Tədbirdə çıxış edən şairin  Qarabağ döyüşlərində birlikdə çiyin-çiyinə vuruşduğu döyüş dostları onun təvazökar bir insan olduğunu, heç zaman bu haqda danışmadığını, lakin neçə cətin bir döyüş yolu keçdiyini vurğuladılar. Bu gün şairin vətən haqqında qələmə aldığı şeirlərdə bu nisgilin, ağrının səmimiliyinin məhz bu döyüşlərdə yaşanan hisslərdən qələmə süzüldüyünü bildirdilər. Tədbirdə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının üzvləri adından çıxış edən Xanlar Əhmədov, “Yug” teatrının əməkdaşları şairi yeni kitabının ərsəyə gəlməsi münasibətilə təbrik etdilər. Bildirildi ki, yazıçının qələmə aldığı şeirlərdə xalqın milli-mənəvi dəyərləri, vətənpərvərlik və əxlaq məsələləri diqqəti cəlb edir. Tədbirdə gənc rejissorlar və məktəblilər şairin şeirlərindən nümunələr səsləndirdilər. “Qarabağdan məktub” şeiri xüsusi alqışlarla qarşılandı. Sonda çıxış edən Hacı Arif Buzovnalı kitabın “Ozan” nəşriyyatında çap olunduğunu bildirdi. Tədbirin təşkilatçılarına, Yazıçılar Birliyinə və qonaqlara öz təşəkkürünü bildirdi. Lalə Azəri

Kult.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol