• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq Artisti Şəfiqə Axundovanın 90 illiyi qeyd ediləcək

Xalq Artisti Şəfiqə Axundovanın 90 illiyi qeyd ediləcək
01.04.2014 10:23
Aprelin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.Məlumata görə, tədbirdə bütün ömrünü musiqiyə həsr etmiş, dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundovanın ömür yolu və yaradıcılıq axtarışlarından söz açılacaq. Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.Orkestrin bədii rəhbər və baş dirijor Xalq Artisti, professor Ağaverdi Paşayevdir.Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazıb. 1972-cü ildə Xalq Yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı “Gəlin qayası” operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxıb. Bu opera ilə Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq edib.//AzərTAc
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol