• $
  • €
  • ₽
  • ₺
  • £

Murakami etirazlara görə hekayəsinə düzəliş edəcək

Murakami etirazlara görə hekayəsinə düzəliş edəcək
11.02.2014 21:41

Tanınmış yapon yazıçısı Haruki Murakami güzəştə getdi, Nakatonbetsu şəhərinin sakinlərinin etirazından sonra hekayəsinə düzəliş etməyə qərar verdi.

“Çox məyusam ki, əsərimlə orada yaşayanlara narahatlıq yaşatmışam” – deyə yazıçı açıqlamasında bildirir.

Nakatonbetsu qəsəbə boyda kiçik şəhərdir, cəmi 2000 əhalisi var. Murakaminin ötən ilin sonunda “Bungeishunju” dərgisində çıxan 24 səhifəlik hekayəsində həmin şəhərdə yaşayanların küçəyə siqaret atmaq kimi pis vərdişlərinin olduğu bir obrazın dilindən səslənir.

Murakami deyib ki, Nakatonbetsu adının səslənişi çox xoşuna gəlir, amma hekayə kitabda çap ediləndə həmin adı dəyişəcək.

Fevralın 5-də şəhər məmurlarından biri Frans press agentliyinə demişdi ki, hekayəni çap edən dərgidən izahat tələb edəcəklər: necə olub ki, redaktor belə böhtanın çapına imkan verib. O demişdi ki, şəhərin 90 faizi meşəlik olduğundan orada insanlar odla çox ehtiyatla davranırlar, yəni bu elə bir yer deyil ki, adamlar gündə yerə siqaret atsın.

Azadliq.org

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol