• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ilk pulun istifadə edildiyi, turistlərin ən sevdiyi ŞƏHƏR:Qədim Uşak şəhəri haqqında bilmədiklərimiz…

Dünyada ilk pulun istifadə edildiyi, turistlərin ən sevdiyi ŞƏHƏR:Qədim Uşak şəhəri haqqında bilmədiklərimiz…
28.04.2026 12:25

Türkiyənin Ege bölgəsində yerləşən Uşak şəhəri zəngin tarixi keçmişi, təbii gözəllikləri və mədəni irsi ilə diqqət çəkən mühüm bölgələrdən biridir. Lidyalılardan Osmanlılara qədər uzanan çoxşaxəli siyasi və mədəni təsirlər şəhərin tarixi strukturunu formalaşdırıb. Uşakın tarixi mənbələrdə eramızdan əvvəl 4000-ci ilə qədər uzanan bir tarixi var.

Hetlərdən Frigiyalılara qədər bir çox sivilizasiyaya ev sahibliyi edən Uşak tarix boyu müxtəlif adlarla tanınıb. Şəhərin bilinən ən qədim adı Temenothyriadır, adını Herakliuslu Aristomachusun oğlu Temenosdan almışdır. Temenothyria Flavianlardan sonra Flaviopolis oldu. Bir çox sivilizasiyadan yararlanan  Uşak, türklərin Anadoluya gəlişindən sonra Türk-İslam mədəniyyətinin təsirini özündə əks etdirməyə  başladı. Türklərlə birlikdə Uşak adı ilə tanınan bu şəhər, Övliya Çələbinin məşhur Səyahətnaməsində (Səyahət dəftəri) “Aşiqlər yurdu” kimi şərh edilirdi.

“Birincilər Şəhəri” kimi tanınan Uşak Egey bölgəsində Qərbi Egey, İç Anadolu və Aralıq dənizini birləşdirən tarixi əhəmiyyətli bir vilayətdir. Yol ayrıcında yerləşən Uşak, Qərbi Anadolunu İç Anadolu ilə birləşdirən Daxili Ege bölgəsində yerləşir. Afyon, Dənizli və İzmir kimi böyük şəhərlərə yaxınlığı, Zəfər Hava Limanına yaxınlığı və asan yol səyahəti Uşakı məşhur bir istiqamət halına gətirir. Uşak İzmirdən 211 km, Ankaradan 368 km, Antalyadan 295 km, İstanbuldan 499 km məsafədədir.

Daha bir maraqlı məqam isə  pul anlayışının dünyada ilk dəfə burada ortaya çıxmasıdır. Bu qədim tarixə malik şəhərdə hal- hazırda təxminən 250 min əhali yaşayır .

Vaxtilə Uşak ərazisindən keçən tarixi Kral Yolu, şəhəri Yaxın Şərq və Ege dənizi arasında mühüm ticarət qovşağına çevirmişdi. Roma, Bizans və Səlcuq imperiyaları dövründə şəhər öz strateji və iqtisadi əhəmiyyətini qoruyub saxlamağı bacarmışdı.

1920–1922-ci illərdə Milli Mücadilə Hərəkatı çərçivəsində Uşak aktiv hərbi mövqedə yerləşirdi.  1 sentyabr 1922-ci ildə Uşak işğaldan azad edildi və Yunan komandanı General Trikopis burada əsir alındı. Bu hadisə şəhərin Türkiyə tarixi üçün simvolik önəmini artırdı. Arxeoloqların hesablamalarına görə bu qədim şəhərin yaranma tarixi 5 min il öncəyə gedib çıxır.  Minilliklərlə tarixi olan bu şəhərdə çoxsaylı tarix və mədəniyyət abidələri mövcüddur.

Uşak şəhərində , qədim irsini qoruyan bir sıra muzey və arxeoloji obyektlərlə zəngindir.

Uşak Arxeologiya Muzeyi: Lidyalıların “Karun Hazinəsi” ilə məşhur olan bu muzey, bölgədə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş tapıntıları təqdim edir.

Atatürk və Etnografiya Muzeyi: Atatürkün Uşakda qaldığı tarixi binada yerləşir.

Kent Tarixi Muzeyi: Şəhərin sosial və siyasi tarixini arxiv materialları ilə əks etdirir.

Uşak şəhərini həm də turizm şəhəri adlandırmaq olar. Hər il milyonlarla turist bu qədim şəhəri ziyarət edir. Rəsmi rəqəmlərə görə 2024-cü iləd bu şəhərə 1 milyondan artıq turist gəlib.

Turistlərin ən çox gəldiyi ərazilərdən biri də, sözsüz ki, Ulubey Kanyonudur. Əbəs yerə bu Kanyona Uşak şəhərinin simvolu demirlər.

image-1

Dünyanın ikinci böyük kanyonu sayılan Ulubey Kanyonu təxminən 40 km uzunluğunda və 170 m dərinliyindədir. Kanyon üzərində qurulan şüşə terasa sahib baxış nöqtəsi turizmi canlandırmaqda mühüm rol oynayır.

Taşyaran Vadisi

image-2

Geoloji baxımdan unikal formaları olan bu vadi, son illərdə ekoturizm sahəsində inkişaf edən istiqamətlərdəndir. Suyun eroziyası nəticəsində yaranmış daş strukturları fotoqraflar və geoturistlər üçün cazibə mərkəzidir.

Blaundus Antik Şəhəri

image-4

Makedoniya koloniyası olaraq qurulan Blaundus, hal-hazırda arxeoloji qazıntılarla təhlil edilməkdədir. Qalıqlar arasında antik teatr, nekropol və forum yer alır. Bu ərazi Dünya Mədəni İrs Fondu tərəfindən qorunur. Hər il bu əraziyə yüzminlərlə turist gəlir.

Uşak şəhəri sadəcə bir tarixi ərazi deyil, eyni zamanda təbiət, mədəniyyət və sənət baxımından böyük turizm potensialına malikdir. Uşakın ekoturizm, tarix-turizmi və yerli sənət əsərləri bazasında inkişaf etdirilməsi qaçılmazdır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol