• $
  • €
  • ₽
  • ₺
  • £

Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir

Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
10.06.2026 11:18

Azərbaycanda kitabxana sisteminin beynəlxalq standartlara uyğun yenidən qurulması və ölkə əhalisinin kitab və informasiya resurslarına bərabər çıxışının təmin edilməsi istiqamətində yeni model hazırlanıb. Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 


Nazirin sözlərinə görə, yeni model hazırlanarkən  standartları,  prinsipləri, "Kitabxana 4.0" və digər müasir beynəlxalq yanaşmalar təhlil olunub, eyni zamanda Azərbaycanın milli kitabxana standartlarının formalaşdırılması qarşıya məqsəd kimi qoyulub.


Adil Kərimli bildirib ki, son üç ildə ölkə üzrə kitabxana şəbəkəsinin infrastrukturu, kadr potensialı və kitab fondları geniş şəkildə monitorinq edilib. Araşdırmalar mövcud sistemin müasir tələbləri tam ödəmədiyini göstərib.


"Bu gün kitabxanalarımız cəmiyyətin tələbatını tam şəkildə təmin edə bilmir. Apardığımız araşdırmalar göstərir ki, mövcud xidmət şəbəkəsi bu ehtiyacların təxminən 35 faizini qarşılayır", - nazir qeyd edib.


Onun sözlərinə görə, kitabxana sisteminin optimallaşdırılması üzrə hüquqi baza 2019-cu ildə imzalanmış mədəniyyət sahəsində optimallaşdırma ilə bağlı prezident fərmanı, eləcə də "Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyası ilə müəyyən edilib.


Nazir vurğulayıb ki, yeni modelin əsas məqsədi mədəniyyətə və bilik mənbələrinə əlçatanlığın artırılmasıdır.


"Bizim hədəfimiz ölkə əhalisinin ən azı 95 faizini, gələcəkdə isə 100 faizini kitabxana xidmətləri ilə əhatə etmək, hər bir vətəndaşın elmi kitablara, dövri nəşrlərə və digər informasiya resurslarına bərabər çıxışını təmin etməkdir", -  Adil Kərimli bildirib.


Nazir əlavə edib ki, yeni sistemdə xüsusilə regionlarda yaşayan tələbə və tədqiqatçıların imkanlarının paytaxtda yaşayan istifadəçilərlə eyni səviyyəyə çatdırılması, eləcə də fiziki imkanlarından asılı olmayaraq hər kəs üçün inklüziv kitabxana mühitinin yaradılması əsas prioritetlər sırasındadır.


Adil Kərimli qeyd edib ki, kitabxana islahatları çərçivəsində həm infrastrukturun yenilənməsi, həm kadr potensialının gücləndirilməsi, həm də kitab fondlarının müasir tələblərə uyğun zənginləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol