• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni "Cib kitabı" - "Burada kişi var?!" (FOTO)

Yeni "Cib kitabı" - "Burada kişi var?!" (FOTO)
29.11.2013 10:40
"Zero" nəşriyyatında "Cib kitabı" seriyasından tanınmış yazıçı Azad Qaradərəlinin "Burada kişi var?!" adlı hekayələr kitabı nəşr olunub.Yazıçının bu kitabında son bir neçə ildə yazdığı hekayələr toplanıb. Bu hekayələrin qəhrəmanları içdən sınmış, yaxud sındırılmış adamlardır. Kimi yurd itirib, kimi ailəsini, kimi də mənliyini və insanlığını. Burada şəhər və kənd səfillərinə (“bomj”lara), küçə süpürməyə məcbur edilmiş ali təhsilli insanlara, qaçqınlara, özünü azdırmağa aparanlara, yad yerdə sevgi gəzənlərə, fəlsəfəsi asvalta sərili qalanlara, rayon camaatı rahat çıxa bilsin deyə sinəsini düşmən gülləsinə sipər edənlərə... rast gələcəksiniz. Hekayələr zaman, məkan və insani baxımdan zamansız, laməkan və anti-insan kimi görünə bilər. Amma bu, ilk baxışda belədir. Hər anti-bəşər süjetdə bir bəşəri məqam olmalı. Kitabı diqqətlə oxuyan oxucu daha maraqlı nüansları özü tapacaqdır. Əslində müəllif oxucunu kitaba şərik edib. Düşünmək, gizlədilmiş məqamları tapmaq. Arif oxucu sətirlər arasında yazılmamış sətirləri də oxuyandır.

Kitabı "Bakitab", "Bukinist", "Bakumoz", "Yeraltı", "Akadem-Kitab", habelə "Nizami", "28 may", "İnşaatçılar" metrosunun ətrafındakı mağazalardan və bir sıra başqa satış nöqtələrindən 2,5 manata əldə etmək olar.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol