• $
  • €
  • ₽
  • ₺
  • £

“Dədə Qorqud” işıq üzü gördü

“Dədə Qorqud” işıq üzü gördü
06.03.2015 15:17
AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan "Dədə Qorqud” toplusunun 51-ci sayında həmişəki kimi maraqlı araşdırmalar yer alıb.

ANS PRESS xəbər verir ki, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyevin "Dədə Qorqud kitabı” – qədim Oğuz eposunun Azərbaycan variantı” məqaləsində göstərilir ki, Oğuz zamanının düşüncə və həyat tərzini əks etdirən "Dədə Qorqud” eposunun zəmanəmizədək gəlib çıxan Drezden nüsxəsi mükəmməlliyi ilə seçilir. Lakin müxtəlif yazılı mənbələrdə rast gəlinən mətn parçaları dastan qəhrəmanlarının fərqli şəkildə təsvir olunduğu hekayələrin də mövcud olduğunu göstərir. Bu faktların müqayisəli təhlili Drezden əlyazmasının məhz Azərbaycan xalqının formalaşdırdığı dastan variantı olduğu qənaətinə gəlməyə əsas verir.

Filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadənin "Oğuz mifi: yeni araşdırmalar, yeni müddəalar” yazısında Oğuz mifinin və Oğuz eposunun hansı şəkildə epikləşməsi izlənilir, epik təzahürlərin necə meydana gəlməsi aydınlaşdırılır. Eyni zamanda oğuz epik ənənəsinin bünövrəsini təşkil edən mifoloji struktur invariant və paradiqmalar səviyyəsində sistemli şəkildə diqqət mərkəzinə çəkilir.

Filologiya üzrə elmlər doktoru Almaz Həsənqızının "Siyasi lətifələrdə gizlənən tarixi həqiqətlər” məqaləsində Azərbaycan mühacirət folklorşünaslığının bu janrla bağlı tədqiqatları təhlilə cəlb olunub. Mühacirət elmi-nəzəri fikrinin tanınmış nümayəndələri Əhməd Cəfəroğlu, Ceyhun Hacıbəyli, Xavər Aslan, Behruz Həqqi və başqalarının bu sahədəki tədqiqatlarına xüsusi diqqət yetirilir.

İstanbul Aydın Universitetinin müəllimi Jalə Coşğunun "Türk və slavyan sehrli nağllarında başlanğıc - giriş formulları” yazısı türk və slavyan sehrli nağıllarında başlanğıc-giriş formullarına həsr olunub. Müqayisəli araşdırma nəticəsində aydın olur ki, türk nağıllarında daha çox zaman formullarından, slavyan nağıllarında isə məkan formullarından istifadə olunur.

Əminə Uğurlunun (Türkiyə) "Türk ninnilərindəki qohumluq əlaqələri ilə bağlı sözlər” yazısında vurğulanır ki, təqdim edilən yazı ninnilərin – laylaların mənalarını, qohum-əqrəbalarla bağlı xüsusiyyətlərini, ərin və ya arvadın qohumlarının dilindən söylənən laylaların fərqli cəhətlərini nəzərə çatdırır.

Filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının "Əski düşüncə - simvol – həqiqət” yazısında göstərilir ki, əşya və ya varlıqlar dərk olunarkən psixoloji koda və ya simvola çevrilir. Belə çevrilmələr nəticəsində əmələ gələn hər bir inancın kökündə isə real həqiqət faktı dayanır.

Eləcə də jurnalın bu sayında dərc olunan Aytac Abbasovanın "Azərbaycan mərasim folklorunun regional xüsusiyyətləri” (Doğum mərasimi ilə bağlı Kəlbəcər nümunələri əsasında), Lalə Maxsudovanın "Şirvan folklor mühitində mərasim folklorunun janr spesifikası”, Səadət Mustafayevanın "Zəngilanın el şairi Şıx Məhəmməd Bağban”, Yaşar Karayunusoğlunun "Qurbannazar Əzizovun şeirlərində folklor ünsürləri” və başqa yazılar da diqqəti çəkir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol