• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimov - 70 il - Fotolar

Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimov - 70 il - Fotolar
21.05.2015 22:47

Mayın 27-də, saat 19:00-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinooperator və kinorejissor V.Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olub. O, professional kinooperator kimi 30-a qədər film çəkib. V.Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib, ələlxüsus xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışıb.

V.Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləyib, 60-cı illərin sonunda Moskvaya gedərək ÜDKİ-nin kinooperatorluq fakültəsinə daxil olub.

Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi "Çarvadarların izi ilə” bədii televiziya filmidir. Elə həmin il operator "Ömrün səhifələri” kinoalmanaxında iki novellanı lentə alıb: "Baladadaşın ilk məhəbbəti” və "Nəğmə dərsi”. Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var: "Alma almaya bənzər”, "Yuxu”, "De ki, məni sevirsən”, "Qaladan tapılan mücrü”, "Arxadan vurulan zərbə”, "Qorxma, mən səninləyəm”, "Qızıl uçurum”, "Yarımçıq qalmış mahnı”, "Ailə”, "Sizi dünyalar qədər sevirdim”,"Bir ailəlik bağ evi”, "Ötən ilin son gecəsi”, "Sürəyya” və s.

Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi A.Quliyev "Sizi dünyalar qədər sevirdim” filmi ilə bağlı demişdi: "Filmin yaradıcıları Belarusda, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Bunlar heç bir kadrda butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir...”

V.Kərimov son vaxtlar özünü rejissorluq sahəsində də sınamış və "Həmyerli” bədii filminə quruluş vermişdi. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olan V.Kərimov bu sahədə də səmərəli iş aparıb.

Bu gün 70 yaşını qeyd etdiyimiz istedadlı operator və rejissor V.Kərimov sənət aləmində öz imzasını qoymuş sənətkarlarımızdandır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol