• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda daha bir yenilik

Bakı metrosunda daha bir yenilik
13.07.2015 15:03
"Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidləri fotoqrafların ixtiyarında olacaq.

Bakının "Gənclik” metro stansiyasında foto sərgi təşkil olunacaq.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 15-də keçiriləcək sərgi QSC və "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə "Metro Gallery” layihəsi çərçivəsində baş tutacaq. 

Bu, "Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisi olacaq. Daha öncə metronun "Nəriman Nərimanov” stansiyasının təmirdən çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi. Bu dəfə isə "Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidləri fotoqrafların ixtiyarında olacaq. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır.

"Gənclik” stansiyasın foto sərgi olacaq

"Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddindən artıq çox olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkilləri sübut edir. 

Mövzülar müxtəlif və rəngarəng olub. Daha istedadlı 39 iştirakçının 92 əsəri əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib. Seçilən əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə metronun "Gənclik” stansiyasının keçidlərində baxa biləcəklər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol