KXDR Yapon dənizi istiqamətində 3 ballistik raket atıb

10:25 | 05.09.2016
KXDR Yapon dənizi istiqamətində 3 ballistik raket atıb

KXDR Yapon dənizi istiqamətində 3 ballistik raket atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) üç ballistik raketi sınaqdan çıxarıb. 

"Report"un məlumatına görə, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, ballistik raketlər Yapon dənizi istiqamətində atılıb.

Qeyd edək ki, həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər KXDR-dən dəfələrlə ballistik raketlərin sınağını dayandırmağı tələb ediblər və bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb