Lavrov: “Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir”

20:19 | 11.04.2016
Lavrov: “Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir”

Lavrov: “Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir”

"Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir, Moskva Tbilisinin ikinci ən mühüm ticarət tərəfdaşıdır”.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.
 
"Rusiya hazırda Gürcüstanın ikinci ən mühüm ticarət tərəfdaşıdır. Gürcüstan məhsullarının idxalçıları nəzərə alınsa, biz bu sahədə 5-ci sırada dururuq. Fikrimcə, bu, çox yaxşı göstəricidir. Bütün bunlara 2 il yarım əvvəl  Moskva və Tbilisi tərəfindən atılan qarşılıqlı addımlar sayəsində nail olunub”, - deyə Rusiya xarici işlər naziri qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb