Lənkəranda Beynəlxalq Teatr günü qeyd olundu

11:52 | 28.03.2015
Lənkəranda Beynəlxalq Teatr günü qeyd olundu

Lənkəranda Beynəlxalq Teatr günü qeyd olundu

 Lənkəranda Beynəlxalq Milli Teatr günü qeyd olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə martın 27-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib. Teatrın direktoru Tofiq Heydərov Beynəlxalq Teatr gününün tarixindən, kollektivin inkişaf yolundan, yaradıcılıq planlarından söz açıb. Teatrın baş rejissoru Tural Mustafayev, baş rəssam Məmmədyar Cəfərov, respublikanın əməkdar artisti Təvəkkül Əliyev və digərləri bayram sevincini bölüşməklə çalışdıqları sənət ocağının daha böyük uğurlar əldə etməsindən ötrü bundan sonra da əzmkarlıqla çalışacaqlarına söz veriblər. Çıxışlarda qeyd olunub ki, ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb. Hazırda teatrda rus dramaturqu Lev Korsunskinin "Kələkbaz” komediyası üzərində məşqlər davam etdirilir.
 
Tədbirdən sonra Üzeyir Hacıbəyovun felyetonları əsasında mərhum rejissor, əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən” tamaşası nümayiş etdirilib. Maraqla baxılan tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov və digərləri ifa ediblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM