"Lotu Quli olub Brejnev, Reyqan..." - Deputat

11:51 | 20.02.2019

"Lotu Quli olub Brejnev, Reyqan..." - Deputat

"Yeni Azərbaycan Partiyasının əsgəriyəm, desələr evə get, gedərəm, desələr, namizədliyini irəli sür, sürəcəyəm”.

Anews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Millət vəkili sosial şəbəkələrdə və ümumiyyətlə gənclər arasında qanuni oğruların qəhrəman kimi  təqdim olunması ilə bağlı suala cavab verib və bildirib ki, bu doğru yanaşma deyil: "Rövşən Lənkəranski ilə həmkəndliyəm, haradasa qohumluğumuz çatır, hələ atası, babası ilə şəxsi münasibətlərimiz vardı, amma bunun məsələyə aidiyyatı yoxdur. Məsələn, bu gün mətbuatı açanda az qala hər yerdə qarşımıza "Lotu Quli” haqqında xəbərlər çıxır. Lotu Quli olub Brejnev, Reyqan... O nə edib axı? Biz niyə onu gənclərimiz, uşaqlarımız üçün təbliğ edirik? Bu, hansı normaya uyğundur. Mən belə şeylərin təbliğinə doğru baxmıram”.

Millət vəkili sosial şəbəkədən istifadə etmədiyini, amma bütün xəbər saytlarını yaxından izlədiyini qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb