Lütfü Zadə: "Ətrafındakı qeyri-sabitlik Azərbaycana təsir etməyib"

13:40 | 19.12.2014
Lütfü Zadə:

Lütfü Zadə: "Ətrafındakı qeyri-sabitlik Azərbaycana təsir etməyib"

"Azərbaycanın gələcəyi ilə bağlı optimistəm”

"Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan alimlərinin I Qurultayında məşhur alim Lütfü Zadə video-müraciətində söyləyib.

L. Zadə bildirib ki, ətrafındakı qeyri-sabitlik Azərbaycana təsir etməyib: "Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, "Eurovision” və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır”. L. Zadə qeyd edib ki, əsas məsələ rəqabət qabiliyyətliliyin artırılmasıdır: "Azərbaycanın gələcəyi ilə bağlı optimistəm. Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb