Luis Suares də istefa verdi

14:51 | 26.06.2014
Luis Suares də istefa verdi

Luis Suares də istefa verdi

DÇ-2014-lə vidalaşan Honduras millisinin baş məqçisi Luis Fernando Suares istefa verib.

Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, komandasının İsveçrəyə 0:3 hesabı ilə məğlub olmasından sonra yığmadan ayrıldığını açıqlayıb:

"Azarkeşlərimizi uğursuz çıxışımızla məyus etdik. 1/8 finala yüksələ bilmədiyimiz üçün mən də çox təəssüflənirəm Artıq Honduras millisində dəyişiklik zamanı gəldi".

Qeyd edək ki, bundan əvvəl Çezare Prandelli (İtaliya), Sabri Lyamuşi (Fil Dişi Sahili), Alberto Zakkeroni (Yaponiya), Karluş Keyruş (İran) istefa vermişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM