Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başladı

22:14 | 05.02.2016
Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başladı

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başladı

Bu gün Maliyyə Nazirliyinin "Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, ümumi həcmi 12 mln. dollar olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.
 
Eyni zamanda ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.
 
Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. dolları və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb