Angela Merkelin Almaniya kansleri vəzifəsində dördüncü müddətə fəaliyyətə başlaması üçün təkcə onun təmsil etdiyi Xristian-Demokratlar İttifaqının (XDİ) fevralın 26-da keçiriləcək qurultayının nümayəndələrinin, həmçinin Almaniya Sosial-Demokratlar Partiyasının (ASDP) sıravi üzvlərinin koalisiya sazişini imzalamağa razılıqlarını almaq qalıb.
Anews.az-ın xarici mediaya istinadən xəbərinə görə, ASDP-nin yazılı "referendum”unun nəticələri martın 4-də elan olunacaq.
Həm mühafizəkarların, həm sosial-demokratların razılıq verəcəyinə ehtimal var. Lakin Almaniyada hər kəs əmindir ki, dördüncü müddət Merkel üçün sonuncu olacaq.
XDİ-də hesab edirlər ki, 2021-ci ildə kansler seçkilərində onların namizədi olacaq varis barədə düşünmək vaxtıdır. Axı namizədin təbliği üçün vaxt tələb olunur.
Bu namizəd Anneqret Kramp-Karrenbauer ola bilər.
Bu günlərdə isə Merkel XDİ-nin baş katibi vəzifəsinə onun namizədliyini təklif edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !