"İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun "Facebook” hesabında ünvanladığı müraciətində deyilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölkəmizdə #Koronavirus (COVİD-19) pandemiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Hər bir Azərbaycan vətəndaşının, o cümlədən, dövlət məmurlarının, iş adamlarının, sadə insanların səyləri ilə fondda artıq 100 milyon manatdan çox vəsait toplanıb.
İqtisadiyyat Nazirliyi, onun strukturuna daxil olan və tabeliyində olan qurumların rəhbər vəzifəli şəxsləri və sıravi əməkdaşları olaraq siz də həmrəylik, birlik və vətəndaşlıq məsuliyyəti nümayiş etdirərək bu nəcib addımdan kənarda qalmamısınız, adıçəkilən sosial təşəbbüsü könüllü olaraq əməkhaqları və ianələr ilə dəstəkləmisiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !