Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşəcək

20:45 | 28.06.2016
Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşəcək

Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşəcək

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı  Sergey Lavrovla görüşəcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə "Reuters” Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.
 
Bundan əvvəl Mövlud Çavuşoğlunun Rusiyanın iyulun 1-də Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında  iştirak edəcəyi barədə məlumat yayılmışdı.  
 
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.   
 
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına görə  rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb