“Nar Mobile” Bakı-2015 Avropa oyunlarının Könüllülər proqramını dəstəklədi

16:23 | 15.10.2014
“Nar Mobile” Bakı-2015 Avropa oyunlarının Könüllülər proqramını dəstəklədi

“Nar Mobile” Bakı-2015 Avropa oyunlarının Könüllülər proqramını dəstəklədi

Mobil operator Azərbaycanın ən böyük könüllülər proqramına sponsorluq edir“Nar Mobile” könüllülərin işə götürülməsi prosesini asanlaşdırmaq üçün ölkə ərazisindəki satış mərkəzlərində geniş reklam kampaniyasına start verməyə hazırlaşır. Eyni zamanda, “Nar Mobile” 12000 könüllü ücün xüsusi mobil proqramini tətbiq edəcək. Bu proqram vasitəsi ilə könüllulər Avropa oyunları haqqında ən son xəbərlərı əldə etməklə yanaşı öz funksiyaları barədə məlumat alacaqlar.Azerfon MMC-nin (“Nar Mobile” ticarət nişanı) baş icraçı direktoru Kent Maknili Avropa oyunlarının əlamətdar tədbir olacağını xüsusi qeyd etmiş və Könüllülər proqramı əsasında tərəfdaşlıq etməklə, Bakı-2015 Avropa oyunlarını dəstəkləməkdən qürur duyduqlarını söyləmişdir. “Təkmil texniki imkanlarımız və Azərbaycan gəncləri ilə güclü əlaqələrimiz sayəsində, könüllülərin inkişafına dəstək vermək və ölkə üçün müsbət əbədi miras qoymaqla düzgün mövqe seçmişik", - deyə o bildirmişdir.Könüllülәr Oyunlar ərzində ali qonaqlar və atletlərin qarşılanması, idman tədbirlərində əməkdaşlar və ya kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər cür dәstәyin göstərilməsi kimi mühüm məsələləri həll etmək imkanına malik olacaqlar.“Bakı-2015 Könüllülər proqramı Azərbaycandakı gənclərə birinci Avropa oyunlarının açılış mərasimində yaxından iştirak etmək üçün böyük imkan yaradır. Könüllülərin cəlb olunması və təlimatlandırılmasına hərtərəfli yardımçı olan “Nar Mobile” mobil operatorunun fəaliyyəti olduqca təqdirəlayiqdir. Biz Avropa oyunlarına qədər qalmış günləri saydıqca, onların Azərbaycanın gənc insanları ilə bağlantı qurmaq bacarığının nə dərəcədə önəmli olduğu öz təsdiqini tapacaqdır”, – deyə Bakı 2015-in baş əməliyyat direktoru Saymon Kleqq qeyd etmişdir.Mobil operator hər bir könüllünü “Nar” kartı və ödənişsiz balansla təmin edəcək, öz sosial media kanalları, sms və könüllülər barəd yeni yaradılmış qısa filmlərlə Bakı-2015 Avropa oyunlarını təbliğ edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb