Nazir Bakı-Qars-Axalkalaki xəttindən danışdı

14:05 | 07.05.2014
Nazir Bakı-Qars-Axalkalaki xəttindən danışdı

Nazir Bakı-Qars-Axalkalaki xəttindən danışdı

"Qars-Axalkalaki dəmiryollu xətti ilə ilk test qatarı 2014-cü ilin sonunda işə salınacaq". 
ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, bəzi hissələrdə ləngimələr olsada artıq 80 faizdən çox tikinti işi başa çatıb.
"Bəzi hissələrdə ləngimələr var, ancaq 80 faizdən çox tikinti işi başa çatıb. Amma buna baxmayaraq Axalkalakidə stansiyanın tikintisi ilk mərhələdədir. 2015-ci ilin sonuna layihə tamamilə başa çatmış olacaq. Qars-Axalkalaki kəsiyində test qatarı isə bu ilin sonundan işə salınacaq". 
Gürcü nazir bildirib ki, geridə qalan dəmir yolu xəttində test qatarı 2015-ci ilin ikinci yarısından getməyə başlayacaq. Kvirikaşvili stansiyanın tikintisinə daha çox vaxt lazım olduğunu söyləyib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM