Nazir mobil operatorlara xəbərdarlıq etdi

19:21 | 29.05.2015
Nazir mobil operatorlara xəbərdarlıq etdi

Nazir mobil operatorlara xəbərdarlıq etdi

"Bu sahədə təkmilləşməyə ehtiyac var".

"Azərbaycandakı mobil operatorların fəaliyyəti orta vəziyyətdədir”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə keçirilən iclas zamanı BAOƏK-in nümayəndəsi Roman Kilişek bildirib.

R.Kilişekin sözlərinə görə, bu sahədə təkmilləşdiriləsi işlər çoxdur. "Şəbəkə müəyyən qədər məqbul səviyyədə işləyir. "Azercell” və "Bakcell” nisbətən yaxşı fəaliyyət göstərirlər. Bu sahədə təkmilləşməyə ehtiyac var”, - deyə R.Kilişken vurğulayıb.

Bundan sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mobil operatorlara xəbərdarlıq edib və çatışmazlıqların tez bir zamanda aradan qaldırılmasını tələb edib. Nazir mobil operatorların lisenziya müddətinin yaxınlaşdığını vurğulayaraq fəaliyyətlərinin lisenziyanın artırılması məsələsinə təsir edəcəyini qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM