Niderland parlamentində Ukrayna səsverməsi

12:05 | 20.04.2016
Niderland parlamentində Ukrayna səsverməsi

Niderland parlamentində Ukrayna səsverməsi


Niderland parlamenti ölkənin Avropa Birliyi-Ukrayna sazişindən çıxmasına çağıran qətnaməni rədd edib.

Avroskeptik Sosialist Partiyasının irəli sürdüyü qətnaməyə qarşı 75 deputat səs verib. 150 yerlik parlamentin 71 üzvü isə sənədi dəstəkləyib.

Aprelin 6-da keçirilən referendumda seçicilərin əksəriyyəti AB-Ukrayna sazişini rədd etmişdi. Səsverməyə ölkənin 12.8 milyonluq seçicisinin 32 faizi qatılmış, 61 faiz Kiyevlə pakta "yox” demişdi.

Sazişi AB-nin qalan 27 üzvü ratifikasiya edib. Hətta Niderlandda da qismən icra olunur. Ötən il parlamentin hər iki palatası onu qəbul edib.

(Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb