"Note 7"ləri söndürün! - "Samsung"dan xəbərdarlıq

16:56 | 11.10.2016

"Note 7"ləri söndürün! - "Samsung"dan xəbərdarlıq

"Samsung Electronics” bütün müştərilərinə müraciət edərək "Galaxy Note 7” smartfonlarını söndürməyə çağırıb.
 
İKT.lent.az-ın "Reuters”ə istinadən verdiyi məlumata görə, "Samsung” dünya üzrə bütün tərəfdaşlarını "Galaxy Note 7”lərin satışını və dəyişdirilməsini dayandırmağı xahiş edib. ABŞ-da bu smartfonları əldə etmiş bütün alıcılara telefonu söndürmək və bir daha istifadə etməmək tövsiyə olunub. ABŞ-ın istehlakçıların hüquqlarını müdafiə üzrə Komissiyası bu qərarın düzgün olduğunu bildirib.
 
Qeyd edək ki, "Samsung” oktyabrın 10-da "Galaxy Note 7” smartfonlarının istehsalını müvəqqəti dayandırıb. Bu qərar yeni smartfonun Çin vətəndaşının əlində partlamasından sonra qəbul edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb