Caspian European Club Gürcüstanın Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradzenin və
Batumi şəhərinin meri Laşa Komaxidzenin fəxri qonaq qismində iştirak etdikləri
növbəti CEO Brunch Baku təşkil edib.
Gürcüstanın səfiri
CEO Brunch Baku iştirakçılarını salamlayaraq Gürcüstan və Azərbaycanın həyata
keçirtdiyi çoxsaylı birgə layihələr barədə danışıb. "Gürcüstanda baş investorun
məhz Azərbaycan olması bizim üçün çox xoşdur. Gürcüstan ərazisində çox sayda Azərbaycan
şirkətləri fəaliyyət göstərir və biz Gürcüstan şirkətlərinin də Azərbaycan
bazarında təmsil olunmasını istərdik”, - deyə o bildirib. Batumi barədə danışan
səfir Acarıstanda yaradılmış turizmin inkişafı üçün olduqca cəlbedici şərtlərin
olduğunu qeyd edib. Səfir həmçinin Bakı ilə Batumi arasındakı tarixi əlaqələri
vurğulayıb və CEO Brunch Baku iştirakçılarına Nobel qardaşlarının ilk nefti
Batumi limanı vasitəsilə nəql etdiklərini xatırladıb.
Batumi şəhərinin
meri investisiya imkanlarının geniş təqdimatını keçirib və Batuminin yeni
inkişaf strategiyası haqqında danışıb. Batumini bütün mövsümlərdə kurort zonaya
çevirən Acarıstanda qış turizmi üçün imkanlar barədə məlumat da
iştirakçıların diqqətinə çatdırılıb. Baş plan əsasında yaradılmış həmin layihənin
regionda ilk xizək kurortu olduğu, bunun isə öz növbəsində turistlərə yarımçıq
infrastrukturdan narahat olmadan tam istirahət mühitinə köklənmələrinə imkan
verdiyi vurğulanıb.
"CEO Brunch
Baku çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecer və
nümayəndələri onları maraqlandıran suallar ünvanlamaq və Gürcüstanda, xüsusilə
Batumidə biznes layihələr həyata keçirmək imkanlarını müzakirə etmək fürsəti əldə
ediblər.
CEO Brunch
(gec səhər yeməyi) formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə
ünsiyyət yratmağa və partnyorlarını daha yaxından tanımağa imkan verir.
CEO Brunch Bakı ilə yanaşı, hər ay Tbilisi və Almatıda da təşkil
olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !