Paşinyan növbəti dəfə Azərbaycanla sülh bağlamağa hazır olduğunu deyib

12:22 | 15.04.2024
Paşinyan növbəti dəfə Azərbaycanla sülh bağlamağa hazır olduğunu deyib

Paşinyan növbəti dəfə Azərbaycanla sülh bağlamağa hazır olduğunu deyib

Ermənistan rəhbərliyi növbəti dəfə Azərbaycanla sülh bağlamağa hazır olduğunu deyib. Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib. 
 
"Azərbaycanla razılaşdırılmış prinsiplər əsasında sülh imzalamağa hazırıq. Ermənistan hökumətinin təklif etdiyi "Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər”, - Paşinyan aprelin 15-də İrəvanda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra mətbuata açıqlamasında deyib.  
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM