Pele: "Neymarın ən böyük problemi..."

16:27 | 04.04.2014
Pele: "Neymarın ən böyük problemi..."

Pele: "Neymarın ən böyük problemi..."

Braziliya futbolunun canlı əfsanəsi Pele "Barselona"nın hücumçusu Neymar haqda maraqlı fikirlər səsləndirib.Qol.Az-ın məlumatına görə, ESPN-ə danışan Pele həmyerlisinin çox tez-tez simulyasiyaya əl atdığını bildirib:"Neymarın ən böyük problemi özünü tez-tez yerə atmasıdır. O, rəqibdən cərimə almağa çalışır. Ancaq bu çox edildiyində Avropada normal qarşılanmır. İnsanlar futbolçunun onları aldatdığını düşünürlər".Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində baş tutan "Barselona" - "Atletiko" matçından (1:1) sonra Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone Neymarın tez-tez özünü yer atdığını bildirmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM