Polisə qarşı zorakılıq halları niyə artıb? - Ekspert rəyi

15:46 | 09.12.2014
Polisə qarşı zorakılıq halları niyə artıb? - Ekspert rəyi

Polisə qarşı zorakılıq halları niyə artıb? - Ekspert rəyi

"Polisə qarşı kobudluq edənlər daha çox qanun tanımayan insanlardır".

Bunu ANN.Az saytına tanınmış hüquqşünas Ələsgər Məmmədli son zamanlar ölkədə baş verən polisə qarşı zorakılıq hallarına münasibət bildirərkən deyib.

"Bir neçə xəbərlərdə polisə qarşı kobudluqlar yer aldı. Amma düşünmürəm ki, Azərbaycanda kriminogen durum nəzarətdən kənardır və hesab etmirəm ki, polis ciddi şəkildə basqı altındadır. Son zamanlar qəbul edilən qanun layihələrində polisə əlavə səlahiyyətlər verildi. Belə səlahiyyətlərin verilməsiylə bu tip hadisələrin baş verməsində bir bağlılıq var. Məhz bundan sonra da polisə qarşı zorakılıq halları barədə xəbərlər çoxaldı. Belə xəbərlərin süni şəkildə şişirdildiyini düşünürəm. Ona görə şişirdilir ki, həqiqətən də polisə silah istifadə etməyin lazım olduğu əsaslandırılsın".

Hüquqşünas buna görə cəzaların sərtləşdirilməsinə ehtiyac görmür:
 
"Cəzaların sərtləşdirilməsinə ehtiyac duyulmur. Daxili İşlər Nazirliyinin statistikasına baxsaq, görərik vəziyyət o qədər də pis deyil. Polisə qarşı kobudluq edənlər daha çox qanun tanımayan insanlardır. Normal sıravi vətəndaş qanuna hörmət edir, belə hallara yol vermir. Kimsə öz imtiyazından istifadə edib polisdən özünü üstün görürsə, o zaman polisə müqavimət göstərir".

Tofiq Əli
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb