• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “Peyğəmbər yolu ilə gedirsənsə, niyə övladını məktəbə yollamırsan?”

Siyavuş Novruzov: “Peyğəmbər yolu ilə gedirsənsə, niyə övladını məktəbə yollamırsan?”
03.12.2015 17:26
"Bəzi şəxslər Azərbaycanın dövlət quruluşuna ziyan vurmağa çalışırlar”

"Dindarın əlində heç vaxt qumbara, avtomat olmaz. Aydın məsələdir ki, burda din pərdəsi altında Azərbaycanda terror həyata keçirmək istəyirdilər”.
 
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.
 
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda dinlə bağlı heç bir problem yoxdur: "Nardaran hadisələrindən bir neçə gün əvvəl İSESKO-nun ən böyük tədbiri Azərbaycanda keçirildi. Bütün islam dövlətlərinin tanınmış nümayəndələri həmin tədbirdə iştirak edirdilər. Bu gün böyük dini tədbirlər məhz Azərbaycanda keçirilir. Bu Azərbaycanda dinə, İslam dininə olan diqqətin bariz nümunəsidir”.  
 
S. Novruzov qeyd edib ki, bəzi şəxslər Azərbaycanın dövlət quruluşuna ziyan vurmağa çalışırlar: "Bizim prezidentimiz, şeyximiz bütün çıxışlarında bildirirlər ki, islamın terrorla əlaqəsi yoxdur. Hər bir terror təşkilatının öz adı var. İslam dini terroru qadağan edir. Bu "Qurani-Kərim”də də göstərilib.
 
Artıq qanunvericiliyə dəyişiklik edilib. Əgər bir valideyn övladını məktəbə göndərməyəcəksə, cərimə ödəməli olacaq. Peyğəmbərimiz buyurub ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Əgər peyğəmbər yolu ilə gedirsənsə, bəs niyə övladını məktəbə yollamırsan? Təhsili olmayan insanı da istənilən yola çəkmək mümkündür”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol