• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: "General Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb"

Siyavuş Novruzov: "General Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb"
17.12.2015 19:16
"İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və o, bizim ölkənin ərazisinə daxil olduğu halda həbs ediləcək".
Bunu APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
 
S. Novruzov qeyd edib ki, İran ordusunun generalı olan M. Həqiqətpur 1993-cü ildə Azərbaycanda fəaliyyət göstərib: "O bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli ermənilərə ötürüb. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Naziriyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq. Azərbaycan Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyi onu maşınla da təmin edib. Həqiqətpur o vaxt İranın burada səlahiyyətli hərbi nümayəndəsi olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, peşəkar kəşfiyyatçıdır. Həqiqətpurgil Bakının "8-ci kilometr" ərazisində Naxçıvani küçəsi, ev 38 a, mənzil 36-nı 1992-ci il mayın 27-dən kirayələyib, məlumatları da oradan ötürüblər. "QAZ 31" və "Niva" markalı, c 01 57 az nömrəli maşında gəziblər. Onunla işləyən adamlar həbs olunub, ifadələri məndədir. Bu işin, bu dəstənin də başında İran ordusunun generalı Həqiqətpur dayanıb.
 
O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da var. Onları özü ilə İrana aparıb gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə o təlimlərdə ermənilər də iştirak ediblər. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub. İranda indi də bəziləri Nardarandakı inanclı insanları müxtəlif yolla təsir altına salmaq istəyir”.
 
S. Novruzov qeyd edib ki, kifayət qədər fakt əsasında toplanmış cinayət işinin araşdırılması hazırda da davam edir və M. Həqiqətpur Azərbaycana daxil olacağı təqdirdə, dərhal həbs ediləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol