• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya telekanalı: "ABŞ konqresmeni Azərbaycanı Şimali Koreyaya bərabər tutub”

Rusiya telekanalı: "ABŞ konqresmeni Azərbaycanı Şimali Koreyaya bərabər tutub”
26.12.2015 14:46
ABŞ-ın Azərbaycana qarşı sanksiyaları olduqca sərt ola bilər. Musavat.com-un məlumatına görə, bu mövzuya toxunan Rusiyanın "Rossiya 24” telekanalının analitiki belə deyib. 

 
Telekanalın qənaətinə görə, Konqresin Helsinki Komissiyası Azərbaycanı öncələr ABŞ-ın "Şər oxu” adlandırdığı ölkələrə bərabər tutub. "Şər oxu”na Səddam Hüseyn devrilənədək İraq daxil idi. "İraqdan sonra İran və Şimali Koreya qalıb ki, onlara qarşı da çox ciddi məhdudiyyətlər tətbiq olunur” –Rusiya  telekanalı qeyd edib.  

Yada salaq ki, az öncə ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kris Smit "Qanunun aliliyi və insan haqları naminə Azərbaycan Demokratiya aktı” adlı sənədi Konqresə təqdim edib. Bununla bağlı yayılan bəyanatda deyilirdi ki, "Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin susdurulmasına yönəldilmiş və illərlə davam edən sistematik səylərinin ardınca Helsinki Komissiyasının sədri, respublikaçı Kris Smit "Azərbaycanda demokratiya 2015” (H.R.4264) adlı qanun layihəsini təqdim edib”.   

Qanun Azərbaycan hökumətinin yüksək çinli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur. "Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz” – konqresmen Smit bildirmişdi. 

"Azərbaycanda Demokratiya Aktı” Birləşmiş Ştatların insan haqları və təməl azadlıqlara ciddi yanaşdığını nümayiş etdirir” deyən komissiya sədri əlavə eləmişdi ki, ABŞ siyasi müxalifəti və medianı repressiya edən hökumətə heç bir şəkildə güzəşt etməyəcək. 

Qanunda vizaların verilməsindən imtina edilməsindən başqa Azərbaycan hökumətinin vəzifəli rəhbərlərinə, hakimiyyətin təhlükəsizlik və ədliyyə qollarına daxil olan rəsmilərə qarşı maliyyə cərimələrinin tətbiq edilməsi də nəzərdə tutulur.  "Sanksiyalar yalnız, Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin qısnanmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsindəəhəmiyyətli tərəqqi etdiyi halda qaldırıla bilər” – sənəddə vurğulanırdı (musavat.com). 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol